Versace-dən dəbdəbəli bəzək əşyaları kolleksiyası

İsveçrənin Bazel şəhərində keçirilən Baselworld-2014 sərgisində Versace brendi yeni kutyur bəzək əşyaları kolleksiyasını təqdim edib.

Kolleksiya eksklüziv qiymətli daşlardan və metallardan hazırlanıb. Zinət əşyalarının yaradıcıları əmindirlər ki, bu zinət əşyaları heç kəsi laqeyd qoymayacaq.
Kolleksiyanın əsas detalları zərgərlik olivini, qırmızı turmalin, morqanit və brilyantlardır. Onlar moda evinin estetikasını əks etdirən sarı qızıldan nəfis çərçivələrə yerləşdirilib.

Ardı →

Roberto Cavallidən yeni kolleksiya

Yeni mövsümlərarası kolleksiyasında dizayner üstünlüyü “gözəllik və eleqantlığa” verib.

Kavallinin əsas ilham mənbəyi heyvanlar aləmi olub. Muncuq və saçaqla bəzədilmiş ipək geyim, üzərində bəbir printi olan yun kostyum və timsah dərisindən olan qızıl rəngli bayker gödəkcəsi kolleksiyanın əsas nümunələrindəndir.
Kolleksiya dəbdəbə və parlaq obrazı sevənlər üçün nəzərdə tutulub.

Ardı →

Dəbdən düşməyən 8 geyim

Həyatın başqa sferalarında olduğu kimi, dəbdə də əbədi klassika adlandırılan geyimlər mövcuddur.

Onlar insanların dəbə olan şüurunda elə kip oturdular ki, onları oradan artıq heç nəylə çıxartmaq mümkün olmur.

Hər bir modabaza lazım olacaq 8 geyim:

Ardı →

Uqqi modelləri

Uqqilər ayaqları isti saxladığı üçün bir çox qadının vaz keçilməz qış geyimi sayılır. Həm dar cinslərlə, həm də lasinlərlə çox gözəl yaraşır. Neçə ildir ki, təkrar modellər aktual olsa da, bu il dəyişiklik oldu. Zəncirli, iynəli, biserli, muncuqlu stilləri dəbə minib. İddialı geyinməyi sevənlər üçün ən yaxşı uqqi modelləri burda.

Ardı →

Yeni il gecəsinin ən yaxşı stilləri

Göyçək Fatimənin hekayəsi, ağ atlı şahzadə axtarmaq istəyən qızlar üçün yaxşı bələdçi ola bilər. Sadəcə düzgün tufli seçmək kifayətdir. Göyçək Fatma nağılda büllurdan ayaqqabı geyinsə də, razılaşın ki, rahat deyil. Burda bir az baş sındırmaq lazımdır, əsas, ayaqqabının parıltılı olmasıdır.
 


Ardı →

Briliyant ayaqqabı

Belçikalılar briliyantla bəzədilən qış ayaqqabısı hazırlayıblar. Ayaqqabı Çinin Honkonq şəhərində nümayişə çıxarılıb. Ayaqqabının qiyməti 2,4 milyon avrodur. 

Dünyanın ən bahalı qadın ayaqqabısı 39083 çəhrayı və boz briliyant qatı ilə örtülüb. Şampan rəngli cilanlanmış almazlar isə 1500 karatdır. Ayaqqabının üzərində buta ormanetləri əks etdirilib.
Ardı →

Aksessuarda yeni trend: Əl bilərzikləri

Son zamanlar məşhur qadınların əllərində gördüyümüz əl bilərzikləri çoxlarının xoşuna gəlib. Əlin üzərinə taxılan və “əlüstü bilərziyi” adı verilən bilərziklər Hollivud ulduzları başda olmaqla, dünya ulduzlarının da taxdığı bilərziklərdir. Salma Hayek, Linsday Lohan və Nicole Scherzinger bu aksessuarları sevənlər arasındadır.

Əllərin vücudun ən çox hərəkət edən üzvləri olduğunu nəzərə alsaq, bunlarla hər hərəkətdə diqqət çəkəcəksiniz. Bilərziklərin üstündə işlənən qaşlarla müxtəlif mesajlar verə bilərsiniz.  Yeni bilərzikləri mövsümün möhtəşəm dəbi də adlandırmaq olar. 

Ardı →